13 sentyabr Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2039008688 ISIN-li, 30 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Yerləşdirmə zamanı hərrac qiyməti 1,004.4167 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.