12 C
Baku
Wednesday, April 24, 2024

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104006744 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Banker.az-a daxil olan məlumata görə, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 90,9544 AZN (10,0000%) və 94,3688 AZN (6,0001%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,7530 AZN (6,6999%), orta ölçülmüş qiyməti isə 93,8119 AZN (6,6326%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 962 800 AZN, yerləşdirilmiş həcmi isə 25 mln. AZN təşkil edib.
İstiqrazların ödəmə tarixi 16.06.2020-ci il.

Hərrac iştirakçıları 19 iyun 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər