3 C
Baku
Saturday, December 14, 2024

BFB daha bir investisiya şirkətini üzvlüyə qəbul edib

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 28 aprel 2021-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edib.

Bu barədə Banker.az BFB-ya istinadla xəbər verir.

Beləliklə, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı 10-a yüksəlmiş oldu.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu investisiya şirkətinə 5 aprel 2021-ci il tarixində lisenziya verib.

Son xəbərlər
Digər xəbərlər