9 C
Baku
Monday, November 18, 2024

BFB ilə “AzFinance İnvestisiya Şirkəti” arasında marketmeyker müqaviləsi bağlanıldı

27.01.2022 tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 540 gün olan AZ2003019711 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 ABŞ dolları həcmində, diskontlu təmin edilməmiş sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

21.12.2021 tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2002019712 dövlət qeydiyyat nömrəli, 1,000,000 (bir  milyon) manat həcmində, diskontlu, təminatsız, sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

27.01.2022-ci il tarixində və 21.12.2021 ci il tarixində, adıçəkilən istiqrazlarının anderrayteri  olmuş “AzFinance İnvestisiya Şirkəti” QSC – istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC tərəfindən təmin olunacaqdır.

“AzFinance İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər