19 C
Baku
Cümə axşamı, May 26, 2022

BFB ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqladı

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 24 fevral 2022-ci il tarixində AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 24 fevral 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 804.03 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 %-lik faiz gəliri 804.03 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 804.03 manat olması nəzərə alınmalıdır.

Son xəbərlər
Oxşar xəbərlər