28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
övlət qeydiyyat nömrəsi – İSİN | AZ2008005152 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş sənədsiz adlı |
İstiqrazların sayı | 350000 (ədəd) |
Nominal Dəyəri | 100 ABŞ dolları |
İllik faiz dərəcəsi | 7 % |
Tədavül müddəti | 7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə |
Kupon faizlərinin ödəniş müddəti | Rüblük (Hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) |