Bakı Fond Birjası bu il aprelin 1-dən, gələn il yanvarın 1-nə qədər listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərini ləğv edib.
Banker.az bu barədə quruma istinadən xəbər verir.
Bundan başqa, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi gələn il yanvarın 1-nə kimi minimallaşdırılaraq, emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb edilməsi ləğv edilib.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə dəstək vermək üçün Bakı Fond Birjası tərəfindən bu qərarlar qəbul olunub.