BFB: Listinqdə olan şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbəti cəmi 3%-dir

2024-cü ilin sonuna “Bakı Fond Birjası” QSC-də (BFB) listinqdə olan şirkətlərin kapitallaşmasının ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 3% təşkil edib.

Bunu Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda keçirilən 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.

“Halbuki Birləşmiş Ərəb Əmirliklərində bu nisbət 130%, Rusiyada 38%, Türkiyədə 28%, Qazaxıstanda isə 25%-dir. Azərbaycanda da bu göstəricinin bir neçə dəfə artması potensialı var”, – deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, maliyyələ əlçatanlığı ölkə iqtisadiyyatının inkişafında ən əhəmiyyətli ünsürlərdəndir: “Bu məsələdə kapital bazarları barədə məlumatlılığın artırılması, bu bazarların real sektora əlçatanlığının təmin edilməsi daha çox əhəmiyyət kəsb edir. Bazarların inkişafı BFB-nin “2024-2026-cı illər üzrə inkişaf strategiyası”nda çox mühüm yer tutur. Bizim strategiyada birinci irəli sürülən strateji təşəbüslər kapital bazarının artımı və dərinləşməsidir”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər