BFB-nin Müşahidə Şurasına iki yeni təyinat olub

Bakı Fond Birjasının Müşahidə Şurasının yeni iki üzvi məlum olub.

Banker.az xəbər verir ki, “Rabitəbank” ASC-dən BFB-nin şurasında üzv olan Binnət Novruzovu  bankın Müşahidə Şurası sədrinə müavin təyin edən Aydın Hüseynov əvəz edib.

İstanbul Fond Birjasından (“Borsa İstanbul A. Ş”) isə Esen Muhittini Barlas Akıncı əvəzləyib. B.Akıncı “Borsa İstanbul A. Ş”-nin Maliyyə hesabatı və törəmə müəssisələr  İdarə Heyəti sədrinin baş məsləhətçisi müdiridir.

Xatırladaq ki, BFB 1997-ci ildə təsis edilib, 5.04 mln. manat nizamnamə kapitalı var. Yuxarəda qeyd edilən bank və birjanın hər birinin BFB-də 4.76% səhm payı var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.