16 C
Baku
Friday, November 22, 2024

BFB: Sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazası olmalıdır

Azərbaycanda sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazası – müvafiq normativ-hüquqi aktlar olmalıdır.

Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) baş kommersiya inzibatçısı Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Birjanın nümayəndə heyətinin bir qədər əvvəl Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi səfər zamanı sukuk istiqrazlarının buraxılması ilə bağlı imkanlar araşdırılıb.

“Bunun üçün müəyyən hazırlıqlar var ki, ölkə daxilində onlar olmalıdır. Sukuk istiqrazları əsas maliyyə alətləri olmasa da, bu imkanlardan biridir. Onların məhz islami qaydalara uyğun olması əsas şərtdir. Yəni bu cür istiqrazlarda məhz islam qaydalara riayət olunur”, – deyə birja rəsmisi qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər