BI Norveç biznes məktəbi

0

BI Norveç biznes məktəbi (Handelshøyskolen BI) Norveçin ən nəhəng, böyüklüyünə görə isə Avropanın ikinci ən böyük biznes məktəbidir. Ümumilikdə BI 6 kampusa sahibdir ki, onların da ən əsası Osloda yerləşir.

Finn Øien 1943-cü ildə BI Norveç biznes məktəbini “Menecment məktəbi” (Norveç dilində   BedriftøkonomiskInstitut) olaraq yaradır. BI abbreviaturası da buradan götürülmüşdür. Məktəbin cari prezidenti Tom Colbjørnsen-dir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2010-cu ildən etibarən məktəb 19,931 tələbəyə sahibdir. Biznes məktəb 752 əməkdaşa sahibdir və onların 370-i akademik, 382-si administrativ peşə yönümlüdür. Bundan əlavə 674 mövsümi əməkdaşa sahibdir.

BI bir sıra bakalavr, magistr və doktor proqramları, həmçinin rəhbər şəxslərə təlim və biznes üçün fərdi proqramlar təklif edir. Biznes məktəbinin tədris dili isə ingilis və norveç dilidir.

Məktəbin iki əsas tələbə təşkilatı mövcuddur və onlardan biri Osloda yerləşən əsas kampusda, ikincisi isə digər şəhərlərdə fəaliyyət göstərir. Osloda yerləşən tələbə təşkilatı Studentforeningenved Handelshøyskolen BI i Oslo (SBIO), digəri isə BI Studentsamfunn (BIS)  adlanır.