Leysan yağışları nəticəsində bu gecə Bayıl yamacında böyük sürüşmə baş verib və bu, Bakıya cənub tərəfdən girişdə avtomobil yolunun dağılmasına səbəb olub.
Hadisə “Bibiheybət” məscidinin yaxınlığındakı hissədə baş verib.
Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri bir neçə çat qeydə alıblar. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Ötən gün axşam çatlar çoxalıb. Ona görə də noyabrın 24-də saat 19.20-də yol bağlanıb. Bu gün səhər isə sürüşmə baş verib.
Sürüşmə yolun 100 metr uzunluqda olan hissəsini dağıdıb, bir hərəkət zolağı tamamilə dağılıb.
A.Nəcəfli sürüşmənin nəticələrinin nə zaman aradan qaldırılacağı və nəqliyyatın hərəkətinin nə zaman bərpa ediləcəyi barədə sualları cavablandırmağa çətinlik çəkib.
Mümkün tələfat barədə hələlik rəsmi məlumat yoxdur