Bibiheybətdə yolun çökmə anının görüntüləri yayılıb

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşmüş və bunun nəticəsində yol çökmüşdü.

Sözügedən təbiət hadisəsinin görüntülərini təqdim edirik:

Qeyd edək ki, son günlər aramsız yağan yağışlar torpaq sürüşməsinə və o istiqamətdən keçən yolun asfalt qatının dağılmasına səbəb olub. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. Hadisə nəticəsində küçədə hərəkətsiz vəziyyətdə olan “Mercedes” markalı avtomobil torpaq qatının altında qalıb.

©Yeniavaz

Son xəbərlər
Digər xəbərlər