“Gürcü arzusu”nun qurucusu, biznesmen Bidzina İvanişvilinin sərvəti 6,62 milyard dollara yüksəlib.
Bu barədə Bloomberg Milyarderlər İndeksində qeyd edib.
Qeyd olunur ki, İvanişvili hazırda dünyanın ən varlı adamları siyahısında 383-cü yeri tutur.
Nəşrin məlumatına görə, İvanişvilinin əmlakının ən böyük hissəsi nağd pul şəklindədir. Ümumilikdə İvanişvilinin 5,58 milyard dollar pulu var. Eyni məlumatlara görə, İvanişvili sənət əsərlərinə 1 milyard, daşınmaz əmlaka isə 45 milyon sərmayə qoyub.