“Biləsuvar Broyler”in səhm paketi hərraca çıxarılıb

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təmin etdiyi elektron hərraclar isə prosesi daha da sadələşdirir. Komitə tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq.

Banker.az bu barədə ƏMDK-dən informasiya verlib.

Məlumatda deyilir ki, Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb.