12 C
Baku
Monday, October 21, 2024

Biləsuvarda bu il yeni salınan meyvə bağlarının sahəsi artırılıb

Biləsuvar rayonunda bu il 17,26 hektar sahədə yeni meyvə bağları salınıb.

Ötən il isə 3,98 hektar sahədə meyvə bağları salınıb.

Rayonda bu il əsasən yeni salınan bağlarda badam (12 ha), ərik (1,46 ha), qoz (0,78 ha), alça (0,39 ha) və nar (0,34 ha) ağacları əkilib.

Biləsuvar rayonunda ümumilikdə 1 797.59 hektar meyvə bağları vardır. Bunların ən çox hissəsini nar (785,60 ha), ən az hissəsini isə limon (0,14 ha) əkinləri təşkil edir.

Qeyd edək ki, ötən il rayonda meyvə bağlarından 91 384,6 ton məhsul toplanıb.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər