Bir dəfə bir kişi iki kiçik oğlunu mini-qolf oynamağa gətirir. Kassaya yaxınlaşan kişi soruşur:
— Biletin qiyməti nə qədərdir?
Kassada dayanan gənc oğlan cavab verir:
— Sizin üçün 3 dollar və 6 yaşdan yuxarı olan uşaqlar üçün də 3 dollar. 6 yaşdan kiçik uşaqlar üçün xidmət pulsuzdur. Övladlarınızın neçə yaşları var?
Kişi cavab verir:
—Birinin 3, digərinin isə 7. Beləliklə mən sizə 6 dollar ödəməliyəm.
Kassir maraqla soruşur:
— Cənab, siz o qədər mi zənginsiniz? Axı siz 3 dollar qənaət edə bilərdiniz. 7 yaşında olan oğlunuzun 6 yaşı olduğunu deyə bilərdiniz. Mən fərqinə varmayacaqdım.
Həmin şəxs cavab verir:
— Bəli, ola bilsin ki, siz varmayacaqdınız, lakin axı mənim övladlarım fərqinə varacaqdılar.