“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC 2019-cu il üçün açıq tender elan edir.
“Finans.az” xəbər verir ki, tender 6 lot üzrə keçiriləcək.
Lot-1. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında müvafiq elektron bilet sistemləri layihəsinin (bundan sonra E-Bilet) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-2. Yük daşımalarında elektron əmtəənəqliyyat qaimə sistemi layihəsinin (bundan sonra E-Qaimə) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-3. Taksi əməliyyatları proqram təminatı layihəsinin (bundan sonra E-Taksi) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-4. Taksi əməliyyatları proqram təminatının hazırlanmasının satınalınması.
Lot-5. Avtomobil nəqliyyatı informasiya sistemi (bundan sonra – ANİS) layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-6. E-Bilet, E-Qaimə və E-Taksi sistemlərinin ANİS-ə inteqrasiya edilməsi layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
İddiaçılar tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 11 fevral 2019- cu il saat 17.00-a qədər Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaq. (əlaqələndirici şəxs- Hikmət Cəfərovdan, telefon 012-561-76-03)
Tenderdə iştirak haqqı 100 manatdır.