Vergilər Nazirliyi “Yeni Bilgəh Oteli” MMC-ni dövlət qeydiyyatına alıb.
“Vergilər” qəzetinin xüsusi buraxılışında olan elana istinadən, şirkətin qanuni təmsilçisi Rəhmətov Vüqar Gülağa oğludur.
MMC-nin nizamnamə kapitalı 100 mln. manat təşkil edir. Otelin qanuni ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh STQ, Qələbə ev 94-dür.
Xatırladaq ki, bu hotel 2012-ci ildən “Jumeirah Management Services (Baku)” MMC-nin “Jumeirah” brendi altında fəaliyyət göstərirdi və 23 may 2017-ci il tarixli qərar əsasında Azərbaycandakı fəaliyyətinə xitam verilmişdi.