2017-ci ildə Birləşmiş Ərəb Əmirliyinin “Jumeirah” brendinin Azərbaycanı tərkindən sonra “Yeni Bilgəh Oteli” MMC kimi yaradılan şirkət nizamnamə kapitalını azaldır.
Bu barədə Banker.az şirkət – “Yeni Bilgəh Oteli”nin verdiyi elana istinadən xəbər verir.
“Jumeirah” 2012-ci ildə ölkəmizə yeni otel brendlərinin gəldiyi zamanda daxil olmaqla Bilgəh qəsəbəsinin dəniz kənarında “AZİNKO” tikinti şirkəti tərəfindən inşaa edilmiş oteldə öz brendini həkk etmişdi. Həmin zaman bu otel “Jumeirah Bilgah Beach Hotel” adı altında çıxış edirdi. 5 il sonra isə otel şəbəkəsi səbəbi tam açıqlamadan bu çimərlik sahilində yerləşən bu 175 otaqlı və 14 kateji yanında birləşdirən və 300 metr uzunluqda özəl çimərlik xəttinə malik bu kompleksi tərk etdi.
Həmin otel şəbəkəsinin tərkindən sonra adıçəkilən otel kompleksinin adı dəyişdirilərək “Bilgeh Beach Hotel” adı altında (rəsmi adı ilə “Yeni Bilgəh Oteli”) turizmdə fəaliyyətə keçdi. Şirkətin satış məsələləri isə “Absheron Hotel
Nizamnamə kapitalının nə qədər azaldılması barədə hər hansı məlumat yerləşdirilməyib və hazırda şirkətin nizamnamə kapitalı 100,2 mln. manatlıq nizamnamə kapitalına malikdir.