15 C
Baku
Saturday, April 20, 2024

Biliklərin son istifadə tarixi: öyrənməyi öyrədən prinsip

1930-1950-ci illərdə həkimlər siqaret çəkməyi tövsiyə edirdilər. Siqareti sağlam hesab edənlər axmaq deyildilər. Onlar sadəcə olaraq dövrün tendensiyalarını izləyirdilər.

Bu gün doğru bildiyimiz şeylərin çoxu 50 il sonra yanlış hesab olunacaq. Aşağıdakı konsepsiya sizə açıqfikirli olmağa kömək edəcək ki, həyatınız boyu öyrənməyi davam etdirə biləsiniz.

Biliklərin yarım parçalanma müddəti

Biliklərin yarım parçalanma müddəti – müəyyən miqdarda bir şeyin yarıyadək azalması üçün lazım olan vaxtdır. Nobel mükafatı laureatı Ernest Rezerford bu anlayışı radioaktivliyə dair işində kəşf etdi, lakin bu, gündəlik həyata da aiddir.

Kofeinin bioloji yarım parçalanma müddəti təxminən 6 saatdır. Beləliklə, səhər saat 6-da bir fincan qəhvə içsəniz, nahar vaxtı onun yarısı qədəri hələ də orqanizminizdə olacaq. Daha altı saatdan sonra qanda miqdar daha iki dəfə azalacaq (buna görə elm adamları nahardan sonra qəhvə içməyi tövsiyə etmirlər).

Biliklərin də yarım parçalanma müddəti oxşar şəkildə işləyir: bir sahədə biliyin yarısının köhnəlməsi və ya məhv olması üçün lazım olan vaxtı ölçür. Biliklər daimi deyil. Bu gün doğru hesab etdiyimiz şeylərin çoxu on il ərzində yox olacaq.

“Biz hələ də Windows 95 əməliyyat sistemindən istifadə edən insanlara gülürük, amma 1995-ci ildə formalaşmış fikirlərə sadiq qalan insanlardan əl çəkmək istəmirik”, – Adam Qrant.

Əksər insanlar bu faktı görməməzlikdən gəlirlər

Filosof Bertran Rassel təxminən bir əsr əvvəl yazırdı: “Bu dünyanın problemi odur ki, axmaqları özlərinə həddən artıq güvənirlər, ağıllılar isə şübhələrlə doludurlar”. Dəlillər topladıqdan sonra fikrini dəyişmək – XXI əsrin ən dəyərli bacarıqlarından biridir.

Psixoloq və tədqiqatçı Adam Qrant kitablarından birini bu mövzuya həsr etdi. Onu oxuyandan sonra bir sətir heç ağlımdan çıxmır: “Təhsilin məqsədi öz əqidəsini təsdiqləmək deyil, onu inkişaf etdirməkdir”.

Əgər Pulitzer mükafatı laureatı Ketrin Şults bu bəyanatı oxusaydı, mütləq ki, razılaşardı.

O, “Səhv olmaq” əsərində yazır: “Bu, elmi inqilabın əsas məqamıdır: biliyin inkişafı ondan asılıdır ki, mövcud nəzəriyyələr yeni ideyalar və kəşflər qarşısında çökür. Səhvlər bizi həqiqətdən uzaqlaşdırmır, əksinə, yavaş-yavaş daha da yaxınlaşdırır”.

Bütün biliklərinizin son istifadə tarixi var. Ancaq bu dəyişikliklərdən qorxmaq lazım deyil – ilk növbədə, öyrənirsiniz və irəliləyirsiniz.

“Faktlar adi və riyazi yollarla dəyişir”, – Semyuel Arbesman.

Bu konsepsiyadan necə faydalana bilərsiniz

E.ə. 470-ci ildə filosof Anaksaqor demişdir: “Göy gurultusu buludların toqquşmasına, şimşək isə buludların bir-birinə sürtülməsinə səbəb olur”. Ətrafdakı dünyanı daşa düşməyə çalışan filosofların nəzəriyyələrinə gülə bilərsiniz, amma kim bilir indiki inanclarımızdan hansı 50 ildən sonra ağlabatmaz görünəcək?

Faktların yarım parçalanma dövrünün olduğunu başa düşmək sizə çox səviyyədə kömək edəcək:

1. Siz köhnəlmiş inanclardan yapışmırsınız. Açıqfikirlisiniz və dünyanı daha yaxşı qavrayırsınız.

2. Həqiqəti dərk edirsiniz. Biz heç vaxt mütləq həqiqətə çıxa bilmərik. Amma daimi suallar və maraq bizi buna daha da yaxınlaşdırır.

3. Özünüzdən soruşursunuz: yaxın gələcəkdə inanclarımdan hansı yanlış çıxa bilər? Dünyagörüşünüzlə ziddiyyət təşkil edən dəlillərin tapılması sizə həyatınız boyu öyrənməyə kömək edəcək.

Nəticə

Özünüzdən soruşursunuz: yaxın gələcəkdə inanclarımdan hansı yanlış çıxa bilər? Dünyagörüşünüzlə ziddiyyət təşkil edən dəlillərin tapılması sizə həyatınız boyu öyrənməyə kömək edəcək.

Hovard Qardnerin “intellekt nəzəriyyəsi”ni götürək. Ona əsasən, hər bir şagirdin özünəməxsus öyrənmə tərzi var: linqvistik, musiqili, kinestetik və məkan. Nəzəriyyə 1980-cı illərdə nəşr olunub, 1990-cı illərdə səhv qəbul edilib, lakin Aleks Berdin yazdığı kimi, “2010-cu illərdə müəllim hazırlığı proqramlarına daxil edilmişdir”.

Nə oxuduğunuzu düşünün. Dəyişikliklər – biliklərin yeganə konstantasıdır. Hər şeyi bilmək mümkün deyil. Etdiyiniz tək şey mövzu ilə bağlı məqalə oxumaq olsa belə, yeni biliklərə yiyələnməyə vaxtınız qalmayacaq.

Nəyi yadda saxlamaq vacibdir:

– inanclarınızı sübut və yeni arqumentlərlə yeniləyin

– nələrisə bilmədiyinizi boynunuza alın

– öyrənməyi heç vaxt dayandırmayın

Çünki öyrənmək – zəmanəmizin ən dəyərli bacarığıdır.

“Əgər bilik gücdürsə, bilmədiyimizi bilmək də hikmətdir”, – Adam Qrant.

Son xəbərlər
Digər xəbərlər