21 C
Baku
Monday, April 29, 2024

Bilirisnizmi ki, sıxlıq aqressiya yaradan əsas amillərdən biridir?

Sıxlıq – bir adama düşən məkan çatışmazlığı ilə müşahidə olunan obyektiv bir hissdir Basabaslarda, adamla dolu avtobusda, yoldakı tıxaclarda və yaxud da bir mağaza növbəsində siz məkan darlığı hiss edir və bu sizdə sıxlıq hissi yaranır və siz də əsəbləşirsiniz. Bu fakt heyvanlar üzərində aparılan müşahidələr nəticəsində təsdiq olunmuşdur. Belə ki, qəfəsdə siçanların sayı nə qədər çox olursa, onlar bir-birilərinə o qədər çox hücum edirdilər.

Artıq polislər tərəfindən də çoxdan təsdiq olunmuşdur ki, əhalisi çox olan şəhərlərdə cinayət hadisələrinə daha tez-tez rast gəlinir. Və şəhər əhalisi daha sıx məskunlaşdıqca insanlar bir o qədər cinayətlərə qurban olmaqdan ehtiyat edirlər.

Mənzildə yaşayan insanların sayı, sosial normalarda nəzərdə tutulduğundan daha çox olduqda məişət zəminində cinayətlər baş verən cinayətlərin sayı da artır.

Bəzi hallarda cinayət baş verməsə də belə ailələrdə problemlər, davalar adi hala çevrilir. Bütün bunlara baxmayaraq ailə tərkibi çox geniş olan, lakin sakit həyat sürən ailələr də var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər