22 C
Baku
Monday, October 7, 2024

Bill Gates-ə görə dünyanın yaxşılaşmasının əlamətləri

Xeyriyyə üzrə dünya rekordları qıran Bill və Melinda Gates əmindirlər ki, bəşəriyyət indi keçmişdəkindən daha yaxşı formada yaşayır. Bill Gates dünyanın hazırda daha yaxşı yaşamasına dair 8 əlamət təqdim edir.

1-ci əlamət. Dünyada yoxsulluqdan əziyyət çəkən insanların sayı 1990-cı il ilə müqayisədə iki qat azalmışdır.

2-ci əlamət.  “Qara Afrikada” (Materikinin səhradan cənuba olan hissəsi) qadınların yaşam müddəti 1960-cı ildən 16 il artmışdır.

3-cü əlamət. Bu gün sürətlə inkişaf edən iqtisadiyyatların 10-dan 7-si Afrika ölkələrinin payına düşürt.

4-cü əlamət. 1970-ci ildən  bu günə Afrikada məktəbə gedən uşaqların sayı iki qat artmışdır.

5-ci əlamət.  ABŞ-ın büdcəsinin təqribən 1%-i beynəlxalq yardımlara xərclənir. Bununla yanaşı, amerikalılar belə hesab edirlər ki, onların büdcələrinin 25%-i başqa dövlətlərə sərf edilir.

6-cı əlamət.  Ölkələrin əksəriyyətində uşaq ölümlərinin sayı azalmaqdadır.  1960-cı illərdə 20% uşaq 5 yaşına qədər yaşamaq şansına malik idi. İndi isə bu göstərici olduqca aşağıdır, 2035-ci ildə isə 1,6%-ə enəcək.

7-ci əlamət.  1960-cı ildən etibarən Çin, Hindistan və Braziliya kimi ölkələrdə adam başına düşən real gəlir 4-8 dəfə artmışdır.

8-ci əlamət.  Uşaq ölümləri səbəbindən doğum halları da azalır. Buna görə də hazırda planetin əhalisi ilbəil daha yavaş sürətlə artır.

Son xəbərlər
Digər xəbərlər