25 C
Baku
Sunday, April 21, 2024

Bill Gates 3 ildən sonra yeni pandemiyanın olacağı xəbərini verib

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətə yeni pandemiyanın meydana çıxacağı barədə xəbər verib.

Banker.az bu barədə  xarici mətbuata istinadən xəbər verir ki, milyarder aktrisa Raşida Jons və ABŞ-ın baş infeksionisti Entoni Faucla birlikdə koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.

Danışıq zamanı Cons ondan soruşub ki, həqiqətənmi bəşəriyyət yeni pandemiya ilə qarşılaşacaq.

“Bəli. Və əgər bu iyirmi ildən sonra olsa, bəxtimiz gətirəcək”, – Qeyts bildirib.

O, həmçinin qeyd edib ki, bunun çox əvvəl – üç il sonra olması ilə bağlı ssenari mövcuddur.

Bununla belə, “Microsoft”un banisi vurğulayıb ki, növbəti dəfə bəşəriyyət pandemiyaya daha çox hazırlanacaq. Onun sözlərinə görə, bu an yerinə yetirilmiş alqoritmlər çıxacaq, hansılara ki, karantini daxil edəcəklər. Həmçinin infeksiyanın potensial daşıyıcılarının yoxlanılması sistemləri yaxşılaşdırılacaq.

“Biz ikinci dəfə belə axmaq olmayacağıq”, – o fikirlərini yekunlaşdırıb.

Daha əvvəl “Microsoft” şirkətinin qurucusu COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb. Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər