9 C
Baku
Thursday, December 12, 2024

Bill Gates: “Bəşəriyyət tarixin ən inanılmaz addımını atmalıdır”

Sərvəti 100 milyard dolları keçən Bill Gates gücünü və pulunu dövrümüzün ən vacib problemlərinin həllinə yönəldir: HİV / AİDS, vərəm, malyariya, COVID-19. Onu narahat edən hadisələrdən biri də iqlim dəyişikliyidir, How to Avoid a Climate Disaster kitabı məhz bu mövzuya həsr olunub. Orada Gates karbon qazının tullantılarını 2050-ci ilə qədər sıfıra endirməli olduğumuzu israr edir. Onun məqsədi – bunun çətin, lakin mümkün olduğunu, xüsusən “yaşıl” yeniliklərlə əvəzlənə biləcəyini çatdırmaqdır. Bu yaxınlarda Gates HBR-in baş direktoru Adi Ignishes ilə söhbət edib. Budur sizə dialoqun düzəlmiş edilmiş versiyasını təqdim edirik.

HBR: İqlim dəyişikliyinin əhəmiyyəti haqqında yazılmış bir çox kitab var. Niyə məhz bu mövzuda danışmağa qərar verdiniz?

Gates: Milleniallar COVID-19 pandemiyası əsnasında indi də israrla bizə iqlimi xatırladırlar. ABŞ-dakı son seçkilərdə bir çox namizəd bu mövzuya fokuslanmışdı. Çox güman ki, vaxtıdır. Ancaq həqiqətən də tullantıları sıfıra endirməyi planlaşdırırıq? Fikrimcə, bu problemi aradan qaldırılmasını mümkün edən ideyaları necə əldə etmək barədə danışmaq istədim.

Kitabda iki antaqonistin mübarizə apardığı təəssüratı yaranır: iqlim dəyişikliyinin qorxunc perspektivi və qaçılmaz nikbinliyiniz. Oxucuya çatdırmaq istədiyiniz əsas fikir nədir?

Sıfır emissiyaya nail olmaq düşündüyümüzdən daha çətindir. Dünya atmosferə ildə təxminən 51 milyard ton karbon buraxır. Bu göstəricidəki azalmadan danışarkən, insanlar adətən sadə həllər təklif edirlər – bərpa olunan enerji mənbələrindən, elektrikli avtomobillərdən istifadə etmək. Ancaq digər vacib sahələrdə də inkişafa nail olmaq lazımdır – məsələn, sement və beton istehsalının ekoloji cəhətdən təmizliyini artırmaq. Burada dövlətin dəstəyi, korporasiyaların etik məcəllələri və vətəndaşların istehlak vərdişləri olmadan nəsə etmək çətindir.

2050-ci ilə qədər karbon neytrallığına doğru irəliləyirik?

Pandemiya və iqtisadi böhran zamanı tullantıların müvəqqəti azaldılmasını nəzərə almasaq, yox. Emissiyanın həcmi artır. Təyin etdiyimiz vaxtda sıfıra gəlmək üçün sənayedə bu həcmin kəskin azalmasına nail olmaq lazımdır.

Yazırsınız ki, tullantılar yarıya endirilsə də, fəlakətin qarşısını almaq mümkün olmayacaq. Tarixdə bu cür tektonik dəyişikliklərə nümunələr varmı?

Heç vaxt bu böyüklükdə dəyişiklik olmayıb. Bəşəriyyət tarixin ən inanılmaz addımını atmalıdır. Onsuz da tez bir zamanda koronavirusa qarşı peyvənd yaratmağı bacardıq – lakin Gates fondu və digər təşkilatlar son 10 ildə mRNT texnologiyalarının inkişafına sərmayə qoysaydılar, bu daha asan olardı. İqlimə gəldikdə, elektrik istehlakını 15% azaltmaq kifayət deyil. Dünyanın mənzərəsini kökündən dəyişdirəcək yeniliklərə investisiya qoymalıyıq.

Tullantıları sıfırlaya bilməsək, nə baş verəcək?

Temperatur artmağa davam edəcək. Mərcan qayaları və artik buz kimi təbii ekosistemlər yox olacaq. Kanadada təsərrüfatınız varsa, məhsulunuz bol olacaq: orada hava daha isti keçəcək. Ancaq Texas və ya Meksika üçün proqnoz daha pisdir. Qarğıdalı kimi məhsullar orada böyüyə bilməyəcəklər. Ekvatorda, məsələn Afrikada, təsərrüfat hesabına yaşayan insanlar üçün bu ölümdür. Onlar sadəcə yeməyə heç nə tapmayacaqlar.

Əsrin ortalarına qədər iqlim dəyişikliyinin COVID-19-dan beş qat daha çox ölümə və əhəmiyyətli dərəcədə daha ciddi iqtisadi problemlərə səbəb olacağını yazırsınız. Koronavirusun təsirini real vaxtda müşahidə edirik, insanlar ölür və iqtisadiyyat məhv olur – yenə də bunun öhdəsindən gələ bilmirik. Bəs iqlim dəyişikliyi ilə necə mübarizə aparmaq mümkündür?

Pandemiyaya gəldikdə, ABŞ mənim və digər mütəxəssislərin əvvəllər təklif etdiyi tədbirləri görsəydi, Avstraliya və ya Yaponiyadakı kimi əhəmiyyətli dərəcədə az itki vermiş olardıq. İqlim dəyişikliyinə təsir göstərmək həqiqətən daha çətindir, çünki bunun üçün daha genişmiqyaslı innovasiyalar tələb olunur. Pandemiyadan danışsaq, onun nə zaman baş verəcəyini bilmirdik, iqlim dəyişikliyinin dəhşətli nəticələri üçün heç kim üçün sirr deyil. Əlbəttə ki, suallar hələ də qalmaqdadır: məsələn, dörd dərəcə daha isti olacaq, yoxsa beş? Ancaq tullantıları dəfələrlə azaltmasaq, fəlakət qaçınılmazdır.

Başqa bir problem də var – iqlim dəyişikliyini inkar etmək. Bu yaxınlarda investorların iclasında hər kəsə sual verməyi təklif etdim. Ən populyar suallardan biri də bu idi: “İqlim həqiqətən dəyişir?” İnsanlar iqlim dəyişikliyinə inanmırlar. Problem nədədir?

Xoşbəxtlikdən, inkar edənlərin sayı azalır. Artıq öz maraqları naminə ictimai şübhələri artıran şirkətlər tapa bilməyəcəksiniz. Ancaq iki problem var. Birincisi, qalanları əmin etmək lazımdır. İkincisi, bizə inananlara qarşılaşdığımız çətinlikləri göstərməliyik. Yalnız neft hasilatı və ənənəvi enerjinin inadkar lobbiçiləri deyil problemimiz. Təkcə bəzi investisiyaları və istehlakı azaltmaqla uğur əldə edə bilməyəcəyik.

Kitabını kimlər üçündür? Qlobal istiləşməyə inanan, lakin bunun necə dayandırılacağını başa düşməyənlər üçün?

Bəli, bunun asan olduğunu düşünənlər üçün. Və ya günahlandırılacaq birini tapmaq lazım olduğunu hesab edənlər üçün. Əslində başqa bir şeyə ehtiyac var – alimlər. Tədqiqat və inkişaf üçün büdcəni artırmaq, universitetlərdən və laboratoriyalardan ən yaxşı mütəxəssisləri cəlb etmək lazımdır. Bu təşəbbüsləri maliyyələşdirməliyik.

İnkar edənlər daha az ola bilər, ancaq bəhs etdiyiniz tədbirlər hələ də göz önündə olmayan ictimai razılıq tələb edəcəkdir. Bildiyiniz kimi, insanların əksəriyyəti elmə və mütəxəssislərə inanmır. Bu da nəzərə alınmalıdır.

Düşünürəm ki, iqlim dəyişikliyi səbəbindən yaranan meşə yanğınlarını və qasırğaları görmək onların fikirlərini dəyişdirəcək. Mənə elə gəlir ki, gənclər uzunmüddətli investisiyaların vacibliyini başa düşürlər: onlar yaşadıqları dünyaya görə narahatdırlar. Ancaq bunun dövlətin maliyyələşdirilməsinin digər əhəmiyyətli sahələrindən vəsait çıxaracağını söyləməyi dayandırmaq da vacibdir.

Siz “yaşıl qiymət artımı” konsepsiyasını təqdim etdiniz ki, bu da adi malların “karbonsuz” şəkildə istehsal olunması ilə əlaqədar qiymətlərin artacağı mənasını verir. Əgər qiymət artımı azdırsa, məhsul tamamlanmış hesab edilə bilər. Yox, qiymət artımı çoxdursa, məhsulu təkmilləşdirmək lazımdır, bunun üçün isə investisiyalara ehtiyac var.

Karbon neytrallığına aparan yolda əsas göstərici – bu əngəlləri azaltmaqdır. Bunu etməyə imkan verəcək innovasiyaları diqqətlə izləyəcəyik. Nəticələr xəyal qırıqlığı yaradırsa, tədqiqat büdcələrini artırmaq və yeni məhsullar yaratmaq lazımdır.

Hökumət nə etməlidir?

Demokratik ölkələrdə vətəndaşlar ətraf mühitə qayğı göstərməlidirlər – “yaşıl” ideyaları təbliğ edərək, öz nümayəndələrinə, yəni siyasətçilərə nə etməli olduqlarını göstərəcəklər. Əgər dövlət yeni məhsullara tələb yaratmasa – xüsusilə istifadə olunan karbonun miqdarını nəzərə alaraq, poladın sertifikatlaşdırılması üçün yeni meyarları leqallaşdırmaqla – yaxın 30 ildə karbonsuz dünya qura bilməyəcəyik.

Ayrı fərd nə edə bilər?

“Yaşıl” məhsullar almaq, məsələn Impossible Burger əti və ya elektromobillər. Süni materiallardan mümkün qədər az istifadə etmək. Alış-veriş vərdişləri dəyişsə və ekoloji məhsullara tələb artsa, miqyas effekti sayəsində qiymətlər düşəcək.  Nəhayət, qanunvericiliyi dəyişdirməyə və fondları doğru sahədə inkişaf etdirməyə hazır olan siyasətçiyə səs vermək. Amerikaya arzuladığım əsas şey – hər iki partiyanın səylərini birləşdirmək və prioritet olaraq, o milyardlarla dolları birlikdə tapmaqdır. İnsanlar buna israr etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər