19 C
Baku
Thursday, May 22, 2025

Bill Gates-dən gənclərə məsləhət

Bill Gates yuxarı sinif şagirdləri önündə çıxış edərkən gənclərə “məktəb divarları arxasında” öyrənə bilməyəcəkləri məsləhətlər vermişdir. O qeyd etmişdir ki, gündəlik olaraq şagirdlərə optimizm və siyasi dəqiqlik aşılamaq yeni nəsli reallıqdan kənar şəkildə formalaşdırır. Bu isə gələcəkdə “ciddi dünyada” uğursuzluqlara gətirib çıxarır.

O gənclərə müraciətlə demişdir:

  • Həyat ədalətsizdir – bu faktla indidən barış.
  • Sənin özünü necə hiss etməyin və özünü qiymətləndirmən dünyanı qəti şəkildə maraqlandırmır. Dünya səndən nə isə bir nailiyyət gözləyir.
  • Məktəbi bitirən kimi tapdığın işdə sənə ildə 40 min dollar ödəməkləri ehtimalı çox azdır. Sən buna layiq olmayana qədər hər hansı bir şirkətin limuzinli və şəxsi sürücüsü olan vitse-prezidenti olmayacaqsan.
  • Məktəb müəlliminin ciddi və səndən çox şey tələb edən bir insan olduğunu düşünürsənsə, müdürün ilə görüşəcəyin günü gözlə. Müəllimdən asılı olaraq müdürün karyerası sənin öz tapşırıqlarının öhdəsindən necə gəlməyindən asılıdır.
  • Özünün hər bir uğursuzluğuna görə valideynlərini təqsirləndirməyə tələsmə. Şikayət etmə və uğursuzluqlarına ilişib qalmaq əvəzinə onlardan dərs çıxar.
  • Sən doğulana qədər valideynlərin sənin hazırda düşündüyün qədər maraqsız və darıxdırıcı insan deyildilər. Onlar səni böyütmək, səni yaxşı geyindirmək, paltarlarını yumaq, yedirmək və sənə yaxşı təhsil verməyə çalışarkən bu hala düşmüşlər. Bu səbəbdən də, onları tərk edərək “dünyanı xilas etməyə” yollanmamışdan öncə öz otağını yığışdırmağa çalış.
  • Məktəb uğursuz və bəxtəvərləri qruplara bölmür, həyat isə bölür. Bəzi məktəblərdə uşaqlara imtahandan bir neçə dəfə keçmək şansı verilir. Həyat isə sənə bu ikinci şansı verməyəcək. Heç vaxt.
  • Real həyatı televizorda nümayiş etdirilən həyat ilə səhv salma. Həyatda insanların əksəriyyəti bütün günü kafe və restoranlarda deyil, iş yerlərində keçirir.
  • Bütün zamanını kitabxanalarda keçirən şagirdlərlə münasibətlərini qoru. Gələcəkdə onların biri sənin müdürün olacaq.
Son xəbərlər
Digər xəbərlər