7 C
Baku
Wednesday, January 14, 2026

Bill Gates “Gizli Santa” oyununa qatılaraq, bir qadına 37 kq ağırlığında hədiyyə göndərib

Milyarder Bill Gates “Gizli Santa” oyununda iştirak edərək, bir amerikalı qadına 37 kq ağırlığında hədiyyə göndərib.

Banker.az “Forbes”ə istinadən xəbər verir ki, “Microsoft” şirkətinin qurucusu Bill Gates (dünyanın ən zəngin insanları sırasında ikinci yer tutur; sərvəti 96,5 milyard dollar təşkil edir), Miçiqan ştatının sakini olan bir qadına ümumi çəkisi 37 kilo olan hədiyyələr göndərib.

Xatırladaq ki, “Gizli Santa” oyununu “Reddit” portalı təşkil edib. Bu oyuna qatılaraq, müxtəlif ölkələrdən olan insanlar hər il Milad bayramında bir-birinə hədiyyələr göndərə bilərlər. İstifadəçilər bu oyunda iştirak etmək üçün əvvəlcədən sorğu göndərir, daha sonra isə təsadüfən seçilmiş ünvana öz hədiyyələrini göndərirlər.

“Gizli Santa” oyunu 2009-cu ildən bəri keçirilir, Bill Gates isə bu oyuna 2013-cü ildə qatılıb. Milyarder qadının sosial şəbəkələrini diqqətlə araşdıraraq, onun hansı hədiyyələr almaq istədiyini müəyyən edib.

Bill Gates ona “Harry Potter” seriyasından LEGO və “Ulduz müharibələri” dən R2D2 robotunu hədiyyə edib. Bundan başqa, milyarder əsas hədiyyələrin içinə Frensis Sottun “Böyük Getsbi” əsərini, bir qutu şirniyyat və qadının pişiyi üçün bir neçə kiçik hədiyyə qoyub.

Gates və onun komandası hədiyyələrin seçiminə diqqətlə yanaşırlar və demək olar ki, hər zaman hədiyyə alan insanın maraqlarını nəzərə alırlar. 2016-cı ildə Aerrix ləqəbli şəxs, milyarderdən Xbox One Minecraft konsolu, eksklüziv coystiklər və oyun disklərini almışdır.

Son xəbərlər
Digər xəbərlər