15 C
Baku
Tuesday, April 30, 2024

Bill Gates: günə 2 dollar qazanırsınızsa necə varlana bilərsiz?

Bill Gates dövrümüzün ən varlı insanlarından biridir və 2016-cı ilin may ayında sərvəti 76,4 milyard dollar həcmində qiymətləndirilmişdi. Haqqında bir çox şeyin deyilməsinə baxmayaraq, o bu sərvəti ağlı və sahibkarlıq bacarığı sayəsində əldə edib. Bu səbəbdən də, onun öz blogunda paylaşdığı məsləhətə diqqətlə qulaq asmağı məsləhət görərdik.

Artıq bir çoxlarınız bildiyi kimi, Bill Gates uzun illərdir xeyriyyəçilik ilə məşğuldur və bu məqsədlə nəhəng həcmdə pullar xərcləyir. Onun rəhbərlik etdiyi fondun məşğul olduğu əsas istiqamətlərdən biri yoxsulluq ilə mübarizədir. Onun bu yaxınlarda öz blogunda həsr etdiyi yazı da məhz bu haqda idi.

Beləliklə, gündəlik gəliri cəmi 2 dollar olan dünyanın ən varlı insanı nə edərdi?

“Sözsüz ki, bütün ölkələr və vəziyyətlər üçün keçərli olan vahid bir cavab yoxdur. Müxtəlif yerlərdə yoxsulluq müxtəlif xarakterlərə sahibdir. Lakin öz fondumda işləməyim sayəsində belə bir faktı öyrəndim ki, bir neçə hallarda məhz toyuq saxlamaq ilə insanları necə xilas etmək mümkündür. Mən bu haqda çox şey öyrəndim və inanın ki, Sietl-dan olan azyaşlı bir uşaq üçün bu əsl kəşf idi. İndi əminəm ki, dərin yoxsulluqdan toyuqların vasitəsilə çıxmaq olar.

Bu dəqiqə yoxsulluq həddində olsaydım, həqiqətən də toyuqçuluq ilə məşğul olardım.

Bunun üçün bir neçə əsas səbəb var:

  1. Toyuq saxlamaq asandır, yəni xüsusi qayğı tələb etmir. Bəzi toyuq növləri yerdən nə tapsa yeyirlər (lakin onları xüsusi yem ilə yemləyərək daha böyük uğurlara nail olmaq olar). Toyuqlara sadəcə kiçik sığınacaq yaratmaq lazımdır. Bunun üçün isə əlinizin altında olan materiallardan istifadə etmək olar. Bundan əlavə, onlara bir neçə peyvənd vurmaq lazımdır və bu da baha deyil.
  2. Bu yaxşı investisiyadır. Tutaq ki, yeni başlayan fermer 5 ədəd yumurtlayan toyuğa sahibdir. 3 aydan sonra o təxminən 40 cücə qazana bilər. Əgər bir toyuğun satış dəyəri 5 dollardırsa (Qərbi Afrikada orta qiymət), fermer bir il ərzində təqribən 1000 dollar qazana bilər.
  3. Bu uşaqların sağlamlığını qorumağa kömək edir. Qida ilə tam təmin olunmamaq ildə 3,1 milyon uşağın həyatına son qoyur. Yumurta və toyuq əti bu fəlakətin qarşısını almağa, uşaqları zülal və digər qidalandırıcı maddələr ilə təmin etməyə kömək edə bilər.
  4. Bu qadınların hüquq və imkanlarının genişləndirilməsidir. Bir çox ölkələrdə qadınlar hələ də bərabər olmayan hüquq və imkanlara sahibdirlər. Toyuqçuluq ilə məşğul olmaq ənənələrə heç bir xələl gətirməməklə bu vəziyyəti düzəltmək üçün mükəmməl şansdır.

Bill Gates öz məsləhətinin son hissəsində qeyd edir ki, əvvəllər bu məsələyə heç vaxt diqqət yetirməyib və yalnız indi anlayır ki, dünya qarşısında nə qədər böyük problemlər dayanır və biz bu problemlərin həllindən çox-çox uzaqdayıq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər