9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Bill Gates qışda epidemioloji vəziyyətin pisləşəcəyi barədə xəbərdarlıq edib

Havalar soyuyandan sonra dünyada epidemioloji vəziyyət daha da pisləşə bilər.

Banker.az xəbər verir ki, bunu “Microsoft”un qurucusu, milyarder və xeyriyyəçi Bill Gates “Politico”ya verdiyi müsahibədə deyib.

“Yoluxanların sayı artır, havalar soyuyandan sonra isə bir çoxumuz qapalı yerlərdə oturacaq. Bu, virusun ötürülməsini sürətləndirir”, – deyə milyarder qeyd edib.

Onun sözlərinə görə, ABŞ-da koronavirus peyvəndi hələ yoxdur. Belə olduqda, infeksiyanın yayılmasının qarşısını almağın yeganə yolu sanitar normalara riayət etməkdir: kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, maska taxmaq, əlləri mütəmadi olaraq yumaq.

Xatırladaq ki, oktyabrın əvvəlində Gates bəşəriyyətin normal həyat ritminə yalnız effektiv və əlçatan peyvənd hazır olandan sonra qayıda biləcəyini söyləmişdir.

“Epidemiya ən yaxşı halda 2022-ci ildə bitə bilər. Lakin əgər mübarizə tədbirlərinə qlobal yanaşsaq, 2021-ci il ərzində virusun yayılma göstəricilərini xeyli azalda bilərik”, – sahibkar bildirib.

Son xəbərlər
Oxşar xəbərlər