22 C
Baku
Monday, July 1, 2024

Bill Gates statusunu itirdi

Microsoft şirkətinin yaratmış və uzun illər ona rəhbərlik etmiş Bill Gates artıq şirkətin böyük fərdi səhmdarı deyil. Bu statusa isə 2014-cü ilə qədər şirkətin baş icraçı direktoru olmuş Stiv Balmer sahib çıxmışdır.

Qiymətli kağızlar üzrə komitənin verdiyi məlumata görə, Bill Gates 30 apreldə Microsoft şirkətinin 4,6 milyon səhmini satmış və onda 330,1 milyon səhm qalmışdır. Bu səhmlərin dəyəri isə 13,1 milyard dollardır. Balmer isə 333 milyon səhmə sahibdir və bu səhmlərin dəyəri 13,2 milyard dollara bərabərdir.

Bill Gates sahib olduğu 77,2 milyard dollar ilə Forbes jurnalının versiyasına görə, dünyanın ən varlı insanları reytinqinə başçılıq edir. Gates son 5 ildə Bill and Melinda Gates Foundation fondunu maliyyələşdirmək məqsədilə Microsoft şirkətinin 11,5 milyard dollar həcmində olan səhmlərini satmışdır. Gates ailəsi ümumilikdə xeyriyyə məqsədilə 28 milyarddan çox vəsait xərcləmişlər.

Hazırda Microsoft şirkətinin dəyəri 327 milyard dollardır. Şirkətin 65%-i institusional investorlara məxsusdur.

Son xəbərlər
Digər xəbərlər