1 C
Baku
Saturday, December 14, 2024

Bill Morgan – inanılmaz bəxtə sahib avstraliyalı

1999-cu ildə 37 yaşlı avstraliyalı Bill Morgan adi yük avtomobilinin sürücüsü idi. Bir dəfə o yolda qəzaya uğrayır və çox ağır vəziyyətdə xəstəxanaya çatdırılır. Həkimlərin onun sağ qaldığını düşündüyü anda onun orqanizmi qəbul etdiyi dərmanlara allergik reaksiya verir və bu da onun ürəyinin dayanmasına səbəb olur. 

Morganın klinik ölümü 14 dəqiqə davam edir və 15-ci dəqiqədə ürəyi yenidn döyünməyə başlayır. Çox zaman belə hallarda baş beyində geri dönüşü olmayan dəyişikliklər baş verir. Lakin bunu təyin etmək çətin idi, çünki o komada idi.

Bununla yanaşı, 12 gün komada qaldıqdan sonra Bill möcüzə sayəsində normala qayıdır və heç bir pozğunluq və dəyişiklik olmadan tamamilə qaydasına düşür.

Baş vermiş qəza səbəbindən o artıq işini tərk edir və yük avtomobili sürücüsü olmaqdan imtina edir. Lakin hər şey bununla bitmir. Bill Morqan həyatda qalmasını belə desək qeyd etmək məqsədilə xəstəxananın mağazasından pivə və pulun qalığına lotereya bileti alır. O bu bilet sayəsində dəyəri 27 000 dollar olan avtomobil qazanır.

Yerli qəzet nümayəndələri ondan müsahibə alarkən bileti aldığı anı kameralar üçün canlandırmasını xahiş edirlər. Bill Morgan canlandırma etmək üçün əldə etdiyi biletdən 250 000 dollar cek-pot udur.

Belə ki, o bu xoşbəxtliyini düçar olduğu qəzaya borcludur.

Son xəbərlər
Digər xəbərlər