5 C
Baku
Saturday, December 14, 2024

Bill Qeyts ABŞ-dakı əkinçilik ərazilərinin böyük hissəsini “saxta podratçılar” vasitəsilə alıb

Son on ildə Bill Qeyts ABŞ-ın 18 ştatında təxminən 110 min hektar əkinçilik sahəsi alıb. “NBC News” və “The Land Report”un apardığı araşdırmaya görə, milyarder ölkənin ən böyük özəl torpaq sahibinə çevrilib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, Luizianada təxminən 30 min hektarda qarğıdalı, pambıq və düyü, Nebraskada isə soya yetişdirilir. Vaşinqtonda milyarder kosmosdan belə görünən beş min hektar əkinçilik sahəsinə sahibdir. Onların bir hissəsinə McDonald’s üçün kartof yetişdirir.

Bill Qeyts mütəmadi olaraq iqlim dəyişikliyinə qarşı mübarizəyə sərmayə qoyur və əti əvəz edən bitki əsaslı qida istehsalı startaplarına dəstək olur. Bununla yanaşı, milyarder torpaq alışının ətraf mühitlə əlaqəli olmadığını söyləyir: “Mənim investisiya qrupum bunu etməyə qərar verib. Bunun iqlimlə heç bir əlaqəsi yoxdur”.

Nyu-Yorkdakı Yeni İnkişaf Edən Fermer Koalisiyası Qeytsi bu qədər hektar ərazi almasına görə tənqid edib. O, milyarderin gənc fermerlərin bazara daxil olmasına mane olduğunu düşünür.

İş adamı həm də “saxta podratçılar”dan istifadə etməkdə günahlandırılır. Jurnalistlərin verdiyi məlumata görə, onun “Cascade Investments” şirkəti əraziləri birbaşa deyil, ən azı 22 yerli firma şəbəkəsi vasitəsilə alıb.

Rəsmi olaraq onlar bu işbirliyini açıqlamırlar, lakin eyni hüquqi ünvan, işçilər siyahısı və hətta elektron poçta sahibdirlər.

Son xəbərlər
Digər xəbərlər