“Hazırda COVID-19 üçün götürülən analiz nümunələrinin cavabını almaq üçün üç gündən çox, bəzən hətta bir həftədən çox gözləmək lazımdır. Bu dəlilikdir. İnfeksiya daşıyıcılarının başqalarını yoluxdurmaması üçün cavablar ən qısa müddətdə təqdim edilməlidir”.
Bu fikri “Microsoft” kompaniyasının banisi Bill Qeyts “CNBC” telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, ilin sonuna lazımi və effektiv dərmanların seçilməsi xəstəlikdən ölüm hallarını azaldacaq, koronavirusa yoluxan insanlara kömək edəcək.
Qeyd edək ki, Bill Qeyts və həyat yoldaşı Melindanın rəhbərlik etdiyi xeyriyyə fondu artıq koronavirus infeksiyası ilə mübarizəyə 300 milyon ABŞ dolları vəsait ayırıb.