8 C
Baku
Thursday, December 12, 2024

Bill Qeyts boşandıqdan sonra həyat yoldaşına 2.5 mlrd. dollarlıq səhm verib

Rəsmi boşanmadan bir neçə gün sonra Bill Qeyts ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına göndərilən hesabatlara əsasən, keçmiş həyat yoldaşı Melindaya təxminən 2.5 milyard dollarlıq səhm verib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Milyarderin investisiyalarını idarə edən “Cascade Investment” şirkətinə görə, Melinda Frenç Qeyts 3.3 milyon “AutoNation” (390 milyon dollar), 2.8 milyon “John Deere” və 9.5 milyon “Canadian National Railway” (iksi bir yerdə 2 milyard dollar) səhm alıb.

Qeytslərin 27 illik evlilik dövründə əldə etdikləri əmlakı necə bölüşdürmək qərarına gəldiyinin təfərrüatları Vaşinqton məhkəməsinin keçən həftə təsdiq etdiyi müqavilədə yer alır.

 

Son xəbərlər
Digər xəbərlər