10 C
Baku
Wednesday, March 4, 2026

Bill Qeyts: COVİD-19-dan qorunmaq üçün bir vaksin kifayət etməyəcək

“Microsoft”un qurucusu Bill Qeyts bildirib ki, insanların koronavirusdan sağalması üçün daha çox dozalarda COVID-19 peyvəndinə ehtiyac ola bilər.

B.Qeyts bunu “CBS News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bir insanın koronavirusdan sağlaması üçün bir deyil, iki doza peyvənd qəbul etməsi lazım olacaq: “Bu anda, vaksinlərin heç birinin bir doza ilə müsbət təsirindən danışmaq düzgün olmaz. Buna əvvəllər ümid edilirdi”.

“Yalnız iki dəfə doza qəbulu ilə müalicənin effektiv olacağına ümid edirik. Yaşlı insanlarda bəzən iki dəfədən də çox doza lazım olacaq”, – deyə “Microsoft” rəhbəri əlavə edib.

Qeyd edək ki, Bill Qeytsin rəhbərlik etdiyi “Bill & Melinda Geyts” Fondu koronavirus əleyhinə peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına 300 milyon dollar ayırıb.

Son xəbərlər
Digər xəbərlər