12 C
Baku
Saturday, November 23, 2024

Bill Qeyts COVID-19 ilə mübarizə üçün kasıb ölkələrə $120 mln. ayıracaq

Bill və Melinda Qeytsin xeyriyyə fondu koronavirusla mübarizə çərçivəsində kasıb ölkələrə 120 milyon dollar bağışladığını açıqlayıb.

Banker.az xəbər verir ki, “Pandemiyaya son qoymaq üçün bütün əhalinin dərmanlarla təmin olunmasını təşkil etməliyik. Lakin ədalətsiz reallıq budur ki, aşağı gəlirli ölkələr şəxsi qoruyucu vasitələrdən tutmuş peyvəndlərə qədər humanitar dəstəyə ehtiyac duyurlar”, – deyə Melinda Qeyts söyləyib.

Xatırladaq ki, 11 oktyabrdan başlayaraq xəstəliyi yüngül və orta səviyyədə keçən şəxslər həb vasitəsilə müalicə alırlar. Bu preparat “Merck & Co” şirkəti tərəfindən hazırlanıb və yalnız böyüklər üçün nəzərdə tutulub.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələrə COVID-19 üçün testlər və dərmanlar verməyi planlaşdırdığını açıqlamışdı. Bildirilmişdi ki, xəstəliyi yüngül və orta səviyyədə keçən xəstələrə 10 dollara antiviral dərmanlar veriləcək.

Bill və Melinda Qeyts fondu koronavirusla mübarizə üçün “Exscientia” startapına preparatların istehsal edilməsinə 70 milyon dollar bağışlayıb. Şirkət süni zəkanın dəstəyi ilə dərmanlarını inkişaf etdirməyə artıq başlayıb.

Son xəbərlər
Digər xəbərlər