“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts, həyat yoldaşı Melinda Qeyts ilə birlikdə COVID-19 peyvəndinin kütləvi yayılmasına 100 milyon dollar ayıracaqlar.
Banker.az xəbər verir ki, “Gavi” qeyri-kommersiya təşkilatına ianə barədə “Bloomberg” məlumat verib.
Qeytsin sözlərinə görə, yoxsul regionları COVID-19 peyvəndi ilə təmin etmək üçün dünyanın fabriklərinə sərmayə qoymaq lazımdır, agentlik yazır.
“Plan ondan ibarətdir ki, ilk olaraq Asiya, Amerika (Şimali və Cənubi) və Avropada bir neçə fabrik tikilsin. Və əgər ildə 1 milyarddan 2 milyarda qədər doza istehsal edə bilsək, peyvəndin yayılması problemi çox kəskin olmayacaq”, – milyarder söyləyir.
Əsas təhlükə budur ki, ölkələr məhdud sayda olan dozaların tədarükü uğurnda mübarizə aparacaqlar və çox guman ki, digər ölkələrin əhalisi hesabına. Bu barədə Norveçin “Coalition for Epidemic Preparedness Innovations” assosiasıyasının rəhbəri Riçard Hetçet bildirib. Onun sözlərinə görə, belə bir ssenari virusun daha da geniş yayılması ilə nəticələnə bilər.
Qeyd edək ki, peyvəndin istehsalına həsr olunan sammitdə 8,8 milyard dollar vəsait toplanıb. Qeytsin fikrincə, ümumilikdə xərclər 10 milyard dollara çatacaq, peyvəndin qiyməti isə bir dozaya üçün 4-15 dollar arasında dəyişəcək.