27 C
Baku
Sunday, July 6, 2025

Bill Qeyts dünyanın gələcək pandemiyalara hazır olmasının şərtini açıqladı

“Microsoft”un qurucusu milyarder və xeyriyyəçi Bill Qeyts bəşəriyyətin 100 gün ərzində peyvənd yarada biləcəyi təqdirdə gələcək pandemiyalara hazır olacağına inanır.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazır.

“Pandemiyaya qarşı mübarizə sahəsində görülən işlərin gözlədiyimdən daha zəif olması məni narahat edir. Bu problemin yeganə həlli yolu 100 gün ərzində bütün dünya üçün kifayət qədər doza peyvənd istehsal edəcək zavodlar qurmaqdır”, – deyə milyarder söyləyib.

O, həmçinin fərqli gəlir səviyyəsi olan ölkələrin vaksinin əlçatanlığı baxımından qeyri-bərabərsizliyin aradan qaldırlmasına ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvar ayında Qeyts dünyanın COVID-19 pandemiyasından on qat daha pis ola biləcək növbəti pandemiyaya hazır olmadığını söyləyib. Onun fikrincə, koronavirus zəlzələ, tornado və ya iqlim dəyişikliyi qədər insanların həyatının bir hissəsinə çevrilib. Bu səbəbdən hökumətlər gələcəkdə pandemiyaya hazırlaşmaq üçün daha çox səy göstərməlidirlər.

 

Son xəbərlər
Digər xəbərlər