15 C
Baku
Monday, May 20, 2024

Bill Qeyts dünyanın hidrogenlə işləyən ilk yaxtasını satışa çıxarıb – FOTO

“Microsoft”un yaradıcısı Bill Qeytsə məxsus olduğu deyilən dünyanın ilk hidrogenlə işləyən superyaxtası 600 milyon dollara satışa çıxarılıb.

“Project 821” adlandırılan 119 metrlik superyaxta, bərpa olunan elektrik enerjisindən istifadə edərək suyun hidrogen və oksigenə parçalanması ilə əldə edilən “yaşıl” hidrogenlə işləmək üçün nəzərdə tutulub. Bu qaz xüsusi olaraq hazırlanmış ikiqat divarlı çənlərdə, -217 dərəcə Selsi temperaturunda kriogen rejimində saxlanılmalıdır. Adətən yaxtalarda dizel mühərriklərindən istifadə edilir.

Dəbdəbəli gəmidə iki yataq otağı, idman zalı, ofislər və çoxsaylı vanna otaqları, eləcə də cakuzi, sauna və kaminli otaqlar var. Gəmidə həmçinin sahibinin tam kitabxana yerləşdirə biləcəyi yer də nəzərdə tutulub.

439978940 420011100789103 176154741667105865 n 441298750 1095104621564540 2790109999648986286 n 440858924 955537579341492 3054453590926119513 n

Son xəbərlər
 ⁠
Digər xəbərlər