13 C
Baku
Saturday, November 23, 2024

Bill Qeyts: “Süni intellektin inkişafı üçgünlük iş həftəsinə keçməyə imkan verəcək”

Dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts “What Now?” podkastında deyib ki, gələcəkdə süni intellektin inkişafı bəşəriyyətə iş həftəsinin müddətini üç günə qədər azaltmağa imkan verəcək.

Süni intellektin inkişafının iş yerlərini təhdid edib-etməməsi ilə bağlı suala cavab olaraq milyarder vurğulayıb ki, bir gün elə bir vaxt gələ bilər ki, insanlar bu qədər də çox çalışmaq məcburiyyətində olmayacaqlar.

“Əgər həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətə gəlib çıxsaq, bu, yəqin ki, yaxşıdır”, – Qeyts deyib.

Sahibkar iş adamı İlon Maskın və Stiv Voznyakın qabaqcıl süni intellektin (AI) inkişafının dayandırılması çağırışını dəstəkləməyib. Onun fikrincə, insanlar risk sahələrini müəyyən etməli və diqqətlərini süni intellekt inkişaflarından ən yaxşı şəkildə necə istifadə etməli olduğuna diqqət yetirməlidirlər, çünki texnologiyanın böyük faydaları var.

Son xəbərlər
Digər xəbərlər