“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts Konqresin karbon tullantılarını azaldan texnologiyaları inkişaf etdirmək üçün proqram qəbul edəcəyi təqdirdə, “Breakthrough Energy Fund” fondunun 1.5 milyard dollar investisiya ayıracağını açıqlayıb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər erir.
Söhbət ABŞ Senatı tərəfindən təsdiq edilmiş 1.2 trilyon dollarlıq ölkənin infrastrukturunun inkişaf planından gedir. Qanun layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməsi gözlənilir.
Qeyts qanun layihəsi təsdiqlənsə, “Breakthrough Energy” fondunun yaxın üç ildə istixana qazı tullantılarını azaltmağa yönəlmiş proqramlara investisiya qoyacağını söyləyib.
“Bütün bu iqlim texnologiyalarının əsas mahiyyəti xərclərin azaldılması və ölçülmə imkanının olmasıdır. Hökumət düzgün siyasət həyata keçirməsə və bu siyasət infrastruktur qanun layihəsində əksini tapmasa, bu ölçüyə heç vaxt çata bilməyəcəyik”, – deyə milyarder əlavə edib.