“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bildirib ki, koronavirusun yeni ştamları və əhalinin peyvənd edilməsində yaranan çətinliklər səbəbindən pandemiyanın sonu yaxın deyil.
Bu barədə “Business Insider” yazır.
Onun sözlərinə görə, COVID-19 pandemiyasının kritik mərhələsi 2022-ci ildə başa çatacaq.
“Başqa bir proqnoz vermək axmaqlıq ola bilər, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi nə vaxtsa 2022-ci ildə başa çatacaq”, – Qeyts deyib.
Milyarderin sözlərinə görə, 2022-ci ildə koronavirusun yayılması qlobal miqyas daşımayacaq, əksinə, yerli xarakter alacaq.
“Ümid edirəm ki, bir neçə il sonra hər payızda COVID-19 və qripə qarşı peyvənd olunduğunuz zaman virus haqqında düşünməli olacaqsınız”, – o əlavə edib.