Bill Qeyts koronavirusla mübarizəyə 10 milyon dollar bağışlayıb

Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, Bill və Melinda Qeyts Fondu koronavirusla (2019-nCoV) mübarizəyə 10 milyon dollar bağışlayıb.

Banker.az xəbər verir ki, “Fond koronavirusla mübarizə üçün 5 milyon dollar vəsait ayırır, dövlət və özəl sektorunda çalışan çinli əməkdaşlarımızla iş aparılır”,  – bəyanatda deyilir.

Vəsaitin qalan hissəsi (5 milyon dollar) Afrikanın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinə virusun qitədə yayılmasına qarşı qoruyucu tədbirlərin təşkili üçün ayrılıb. Xüsusilə, infeksiya ilə əlaqədar skrininqin həyata keçirilməsi, laboratoriya müayinələrinin aparılması, şübhəli halların müalicəsi və yoluxmuş insanlara qayğı göstərilməsi üçün.

Son verilən məlumata görə, koronavirusa yoluxan insanların sayı 2,7 minə çatıb. İnfeksiya nəticəsində 80 nəfər dünyasını dəyişib.

Koronavirus Çin, Cənubi Koreya, Nepal, Malayziya, Yaponiya, ABŞ, Fransa, Kanada və Avstraliyada qeydə alınıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları