15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Bill Qeyts növbəti pandemiya ilə mübarizə planını təqdim etdi

Screen Shot 2021 09 02 at 14.34.20

“Microsoft” şirkətinin qurucusu olan Bill Qeyts yeni pandemiya riskini “müharibə təhlükəsi qədər ciddiyə alaraq”, ona vaxtında hazırlaşmağa çağırır.

Banker.az bu barədə “Forbes.ru”a istinadən xəbər verir.

Milyarderin sözlərinə görə, növbəti pandemiya ən yaxşı halda 20 il sonra ortaya çıxacaq.

Onun qarşısını almaq üçün “hər il on milyardlarla dollar” lazım olacaq, deyə Qeyts qeyd edib. Sahibkar bu cür investisiyaların böyük olduğunu, lakin koronavirus pandemiyasının dünyaya 28 trilyon dollara başa gəldiyini vurğulayır.

“Dünya trilyonlara qənaət etmək (və milyonlarla ölümün qarşısını almaq üçün) milyardlar xərcləməlidir”, – milyarder yazıb. Bill Qeytsin fikrincə, dövlət orqanları ilk növbədə pandemiyanın öhdəsindən gəlməyə kömək edəcək sahələrə investisiya qoymalıdırlar. O, növbəti pandemiya başlayana qədər dünya əhalisinin həftədə 20%-ni test etməyə imkan verən “meqadiaqnostik platformalar”ın yaradılacağına ümid etdiyini bildirib.

Bundan əlavə, Qeyts “qlobal xəbərdarlıq sistemi”ni yaratmağın lazım olduğunu açıqlayıb. Bu ideya yanğınsöndürənlərə bənzər şəkildə sürətli cavab qruplarının formalaşdırılmasını nəzərdə tutur. Söhbət “potensial böhranlara dərhal cavab verməyə hazır olan peşəkar mütəxəssislərdən ibarət komandalar”dan gedir. Asudə vaxtlarında bu komandalar malyariya və ya uşaq iflici ilə mübarizə aparacaqlar. Milyarder dünyanın təxminən 3 min belə mütəxəssisə ehtiyacı olduğunu söyləyir.

Bill Qeyts yoluxucu xəstəliklərin baş verdiyi yerlərdə COVID-19-a reaksiyanın daha sürətli olduğunu vurğulayıb. O, bu cür hadisələrin simulyasiyasında hamının tez reaksiya göstərməsinə imkan yaradacağını yazıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər