10 C
Baku
Tuesday, November 26, 2024

Bill Qeyts öz diplomunu yalnız 34 ildən sonra alıb

1973-cü ilin payızında olduqca ambisiyalı gənc olan Bill Qeyts imtahanlarda yüksək bal toplayaraq, Harvard universitetinə qəbul olur. Lakin nüfuzlu universiteti başa vurmaq haqqında diplomu o, yalnız 2007-ci ildə ala bilib. Bəs necə olub ki, kompüter dahisinin tələbəlik illəri 34 il davam edib? Gəlin onun tərcümeyi-halına nəzər salaq.

1955-ci ildə balaca amerikan şəhəri olan Sietldə  dünyaya balaca körpə göz açır və ona Uilyam Henri Qeyts adı verirlər. Billin ailəsi nə varlı, nə də kasıb deyildi: ABŞ-da belə gəlirli ailələri “orta sinifdən yüksək” adlandırırlar.  Onun anası bir bankın idarə heyətinin üzvü idi, atası isə uğurlu vəkil kimi çalışırdı.

Erkən yaşlarında Billin xarakterini çətin adlandırmaq olar, o tez-tez valideynləri ilə mübahisə edir, tələbkar və sərt davranırdı. Məhz üsyankar xasiyyətinə görə, o, xüsusi bacarıqlarının olmasına rəğmən dərslərini pis oxuyurdu. Ona görə də doqquzuncu sinfi əlaçı qiymətlərlə başa vurması hamının təəccübünə səbəb oldu. Uilyam Henri bu dünyanı, nə özünün bu dünyadakı yerini bəyənmirdi. Ona görə də o çoxsaylı konfliktlərə rəvac verir, dəyişməyə və dəyişilməyə cəhd edirdi. Məktəbdə Billi həm başdan-xarab, həm də vunderkind hesab edirdilər, amma heç nəyə fikir vermir, uşaqlıqdan o, özünəməxsus, qapalı və ünsiyyətə az meylli olub.

Vunderkind adını isə Bill 15 yaşında təsdiqləyib. Bu zaman yol hərəkətinin tənzimlənməsi sistemini hazırlayıb, təhvil verir və bu işə görə heç də az mükafat almayıb -20000 dollar.. Bill öz atasına peşəkar vəkil kimi hörmət qoymurdu və hesab edirdi ki, daha yüksək zirvələri fəth etmək lazımdır.

Ola bilsin ki, məhz atasına qarşı öz ittihamlarının və hörmətsizliyinin  əsaslı olduğunu sübut etmək üçün o, ABŞ-ın ən güclü universiteti olan Harvarda hüquqşünaslıq oxumağa gedir. Amma buna baxmayaraq ki, Billin hüquqşünaslıq sahəsində anadangəlmə fitri istedadının olmasını söyləmək çətin olar: hələ 13 yaşında ikən o, özünün ilk kompüter proqramını yazmışdı və o dövrlərdən biri kompüter onun əsas maraqlarından biri idi.

Universitetin 3- cü kursunda olanda məşhur universitet tələbəsinin yanında onun məktəb yoldaşı Pol Allen gəlir və proqramlaşdırma sahəsindəki böyük perspektivlərə görə təhsilini yarıda buraxmağa onu razı salır. Deyilənlərə görə, həmin gün Pol Allen mikrokompüterlərdən bəhs edən maraqlı bir məqalə oxuyub. Jurnalist işi olan bu məqalədə yaradılacaq kompüterlərin hazırda satış üçün mövcud olanlarla ciddi rəqabətə girəcəyi yazılırdı, bu yazı adi istifadəçilər üçün yeni kompüter dövrünün başlamasından xəbər verirdi. Bu deyilənlərin həqiqət və ya yalan olması dəqiq bəlli deyil, amma fakt faktlığında qalır: 1975-ci ildə Bill Qeyts universitet həyətindəki skamyadan durur və Pol Allen ilə birlikdə məşhur Microsoft kompaniyasının əsasını qoyur.

Kompaniya aktiv şəkildə proqram təminatları yaratmağa başlayır və 1985-ci ildə ilk Windows əməliyyat sistemi yaranır. Əməliyyat Sisteminin milyonlarla nüsxəsi bütün dünya üzrə paylanır  – bu həm Bill Qeytsin, həm də onun Microsoft-unun  qələbəsi, zəfəri idi. İllər keçir, kompaniya yorulmaq bilmədən yeni-yeni əməliyyat sistemləri yaradır. Qeyts dünyanın ən zəngin insanına çevrilir, özünün xeyriyyə fondunu yaradır. Bill Qeytsin xidmətlərini qiymətləndirmək çətindir, o, öz “pəncərələrinin” köməyi ilə yeni kompüter əsrini açır.

Onun nailiyyətlərinin əhəmiyyətini vurğulamaq üçün Harvard universiteti məşhur tələbəsini universiteti bitirmə haqqında diplom ilə təltif etmək qərarına gəlir. Maraqlıdır ki, Billin Harvarddakı təhsil profili ilə – məşğul olduğu fəaliyyət sahəsi və ixtiraları arasında bir-başa əlaqə yoxdur. Ali təhsili başa vurmamasına rəğmən, Bill milyardlarla dollar qazanmağa nail olub.
Sonda hər birinizə həyat şanslarından yararlanmağı arzu edirik.

Son xəbərlər
Digər xəbərlər