31 C
Baku
Saturday, July 20, 2024

Bill Qeyts pandemiyanın bitəcəyi vaxtı açıqlayıb

“Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin sözlərinə görə, koronavirusun “omikron” ştamının yayılmasına baxmayaraq, pandemiya artıq 2022-ci ildə başa çata bilər.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, tarixdə heç bir virus “omikron” qədər sürətli yayılmayıb. Milyarder ehtimal edib ki, tezlikdə yeni ştam dünyanın bütün ölkələrində olacaq. İş adamının vurğuladığı kimi, “omikron”a ciddi yanaşmaq lazımdır, çünki onun hansı simptomlarla müşayiət olduğu hələ məlum deyil.

Qeytsin fikrincə, lazımi tədbirlər görülsə, 2022-ci il pandemiyanın sonuncu ili ola bilər. Milyarder bir-birimizə qayğı göstərməyi, maska taxmağı, insanların sıx olduğu yerlərə getməməyi və koronavirusa qarşı peyvənd olunmağı tövsiyə edib.

Son xəbərlər
Digər xəbərlər