25 C
Baku
Saturday, July 27, 2024

Bill Qeyts pandemiyanın sonu barədə öz proqnozunu açıqladı

Bəşəriyyət koronavirusa qarşı peyvənd yaradılandan sonra normal həyata qayıda biləcəkdir və bu, bir-iki ildən baş verməyəcək.

Banker.az xəbər verir ki, bu barədə “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts məlumat verib.

“Peyvənd çox vacibdir, çünki yəqin ki, yalnız onda normal həyata qayıda biləcəyik”, – Qeyts qeyd edir.

“Bu, bir-iki ildən tez baş verməyəcək”, – sahibkar əlavə edir. Onun sözlərinə görə, bu variant pandemiyanın yenidən başlaması riskini aradan qaldıran sistem inkişaf etdirildiyi halda mümkün ola bilər.

Qeyts sınaq və izləmə üsullarının ölkələrə xəstəliyin ocaqlarını tez tapmağa və nəzarət altına almağa imkan verdiyini bildirir. Bununla birlikdə, sahibkar pandemiyadan sonra əvvəlki həyata qayıtmağın asan olmayacağını vurğulayır.

Son xəbərlər
Digər xəbərlər