18 C
Baku
Monday, May 27, 2024

Bill Qeyts peyk antenlərinin tərtibatçısına təxminən 80 mln. dollar sərmayə qoyub

Milyarder Bill Qeyts peyk antenlərinin tərtibatçısına təxminən 80 milyon dollar sərmayə qoyub. Banker.az xbu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, bu, onun startapa qoyduğu ikinci sərmayəsidir.

Amerikanın “Kymeta” peyk şirkəti avqustun 25-də 85,2 milyon dollar cəlb etdiyini elan edib. CNBC-nin verdiyi məlumata görə, maliyyə raunduna “Microsoft”un təsisçisi Bill Qeyts rəhbərlik edib.

Qeyd edək ki, “Kymeta” yüksək sürətli peyk sistemləri və antenlərin istehsalı ilə məşğul olur. Şirkətin əsas məhsulu elektron idarəetmə sistemi ilə işləyən peyk antenidir. Bildirildiyi kimi, startap dünyanın hər yerindən siqnal ala biləcək kiçik qurğular yaradır. “Kymeta”nın ən son məhsullarından biri müxtəlif peyklərə qoşula bilən “u8” terminalıdır. Bu cihazın ilin sonuna qədər bazara çıxarılması planlaşdırılır.

Startap cəlb etdiyi vəsaiti məhsul istehsalı və satışının artırılmasına xərcləyəcək. “Müştərilərimizin həll etmək istədikləri problem – genişimkanlı xidmətdir”, – deyə “Kymeta”nın sədri Dug Hatcheson söyləyir.

2012-ci ildə qurulduğu gündən bəri bu şirkət təxminən 300 milyon dollar maliyyə cəlb edib. Onun investorları arasında “Lux Capital”, “Intelsat” və “Liberty Global” şirkətləri var. Hazırda “Kymeta”nın 200-ə yaxın işçisi var. Şirkət gələn il bu sayın davamlı olaraq artacağını gözləyir.

Xatırladaq ki, Qeyts bu startapa ilk dəfə hələ 2016-cı ildə sərmayə qoyub. Hatcheson milyarderi “səbirli investor” adlandırır. “Məncə, Bill bizdə insanların düşüncə tərzini dəyişdirməyə qadir olan texnologiyanın olduğunu düşünür”, – deyə Hatcheson bildirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər