23 C
Baku
Saturday, June 7, 2025

Bill Qeyts sərvətinin böyük hissəsini Afrikaya bağışlayıb

“Microsoft”un qurucusu Bill Qeytsin 99%-ni xeyriyyəyə verməyi öhdəsinə götürdüyü sərvətinin əsas hissəsi Afrikaya çatacaq. Milyarder bunu iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında etdiyi çıxışda bildirib.

“Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həllinə kömək etmək üçün xərclənəcək”, – deyə Bill Qeyts söyləyib.

Pul Bill və Melinda Qeyts Fondu vasitəsilə ayrılacaq. Xatırladaq ki, may ayında iş adamı 2045-ci ilə qədər bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlayıb.

Qeyd edək ki, Bill Qeyts planetin beşinci ən zəngin adamıdır. Onun şəxsi sərvəti 175 milyard dollardır. O, daha əvvəl izah edib ki, sərvətini xeyriyyə üçün xərcləmək qərarını Endryu Karneqinin sitatından ilhamlanaraq alıb. Karneqi deyib: “Varlı ölən adam rüsvayçılıqla ölür”.

Son xəbərlər
Digər xəbərlər