İşdə süni intellektin tətbiqi insanların məhsuldarlığını artırır. Belə bir fikri “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts irəli sürüb.
“Nəsə yazmaq lazım olduqda tez-tez süni intellekti işə salıram, onu yazdıqlarımı yenidən nəzərdən keçirməyə, sadələşdirməyə məcbur edirəm və bunun həqiqətən məhsuldarlığı artırdığını görürəm”, – Qeyts deyib.
Bill Qeyts onu da əlavə edib ki, süni intellektdən istifadə edərkən proqramçıların məhsuldarlığı 40-50% yüksək ola bilər. Sahibkar əmindir ki, süni intellekt daha yaxşı proqram təminatı yaratmağa kömək edir.